Süni intellektdə yeni təhlükə: "Zəhərli" süni intellekt

Süni intellekt texnologiyası artıq təkcə səhv cavab vermək riski deyil, həm də bilərəkdən "zəhərlənmə" təhlükəsi ilə üz-üzədir. Böyük Britaniya Süni İntellekt Təhlükəsizlik İnstitutu, Alan Turing İnstitutu və Anthropic-in birgə araşdırmasına görə, milyonlarla məlumatdan ibarət təlim bazasına cəmi 250 zərərli fayl əlavə etməklə bir model gizlicə manipulyasiya oluna bilər.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu proses süni intellektə bilərəkdən yanlış məlumat öyrədilməsi və ya gizli əmrlərin yerləşdirilməsi kimi izah olunur. Mütəxəssislər bildirirlər ki, belə "zəhərlənmiş" modellər dezinformasiyanın yayılmasına və kiberhücumlara səbəb ola bilər.
Araşdırmada qeyd olunur ki, bəzi sənətçilər də öz əsərlərinə qəsdən "zəhər" yerləşdirərək süni intellektin onların materiallarını icazəsiz istifadəsinin qarşısını alır.
Ekspertlər xəbərdarlıq edir ki, bu cür hallar gələcəkdə süni intellekt texnologiyasının etibarlılığına ciddi zərbə vura bilər.
Oxşar xəbərlər
Kıvanç Tatlıtuğun bacısı Melisa Dilara Tatlıtuğ həbs edilib
Ekranların sevilən siması Kıvanç Tatlıtuğ ailəsi ilə gündəmə gəlib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun bacısı həbs olunub. Belə ki,...
