Su kranını bağlamağa çalışarkən faciə baş verdi: 74 yaşlı qadının ölümünün TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafanın Yenigün kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 74 yaşlı Güləbatın Qəhrəmanova yaşadığı evin həyətində su quyusuna düşərək ölüb.
"Qabları doldurub kənara qoymuşdu. Su kranını bağlamaq üçün əyiləndə belə ağlagəlməz hadisə baş verib. Su dərin deyildi, az idi. Ayaq üstə dursaydı, bəlkə də, belə bir şey olmazdı", - deyə mərhumun yaxını bildirib.
"Gəlinimizlə qardaşımın qızı görüb yoxdur. Çağırıblar, baxıb görüblər ki, su quyusunun içindədir. Gəlin zəng etdi ki, özünü tez çatdır", - deyə mərhumun qızı bildirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...