Şri-Lankada "Ditva" siklonu nəticəsində ölənlərin sayı 479-a çatıb
Şri-Lankada "Ditva" qasırğası nəticəsində həlak olanların sayı 479 nəfərə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatında bildirilib.
Məlumata əsasən, torpaq sürüşmələri, daşqınlar və qasırğanın digər fəsadları nəticəsində ölənlərin sayı 479 nəfərə yüksəlib, daha 350 nəfər isə itkin düşmüş hesab olunur. Ümumilikdə təbii fəlakətdən 1,6 milyon nəfərdən çox insan zərər çəkib.
Bundan əvvəl 465 nəfərin həlak olduğu bildirilirdi.
Xidmətlər axtarış-xilasetmə işlərini davam etdirir və zərərçəkmiş sakinlərə yardım göstərirlər. Ölkədə ümumilikdə 1 347 müvəqqəti yerləşdirmə mərkəzi açılıb, burada 188 mindən çox insan sığınacaq tapıb.
Oxşar xəbərlər
İsrailin Beyruta zərbəsi nəticəsində dörd İran diplomatı həlak olub
İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın BMT...