"Şıncou-23" kosmik gəmisi "Tienqonq" stansiyasına çatıb

Şıncou-23 kosmik gəmisi Tienqonq stansiyasına çatıb
Dünya 12

Çinin orbitdə qurduğu "Tienqonq" kosmik stansiyasına göndərilən yeni taykonot heyəti uğurla stansiyaya çatıb.

BAKU.WS xəbər verir ki, Çin İnsanlı Kosmik Proqram Agentliyinin məlumatına görə, Cu Yanqcu, Canq Cıyüen və Lay Ka-yinqin olduğu "Şıncou-23" kosmik gəmisi stansiyanın əsas moduluna uğurla bağlanıb.

Təxminən 3,5 saat davam edən uçuşdan sonra heyət stansiyaya daxil olub və əvvəlki missiyada çalışan taykonotlardan növbəni təhvil almağa hazırlaşır.

Yeni ekipajın 6 ay müddətində kosmosda fəaliyyət göstərəcəyi bildirilir. Bununla yanaşı, taykonotlardan birinin insan orqanizminə uzunmüddətli kosmik uçuşun təsirini araşdırmaq məqsədilə stansiyada 1 il qalacağı açıqlanıb.

Missiya çərçivəsində həyat elmləri, mikroqravitasiya, kosmik tibb və texnologiya sahələrində 100-dən çox elmi təcrübə aparılacaq.

Qeyd edək ki, Çin ABŞ-nin Beynəlxalq Kosmik Stansiya proqramına qoşulmasına icazə verməməsindən sonra öz "Tienqonq" kosmik stansiyasını qurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər