Şimali Koreya Yaponiyadan 1945-ci ildə öldürülən koreyalılar üçün üzr tələb edib
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya 10 mart 1945-ci ildə ABŞ-nin Yaponiyanın paytaxtı Tokioya etdiyi hava hücumunda həyatını itirən koreyalılar üçün üzr istənilməsi, təzminat ödənməsi və araşdırma aparılması çağırışını edib.
BAKU.WS xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Yaponiyanın Koreya Yarımadasında müstəmləkə idarəsi dövründə zorla işlədilən koreyalı işçilər və onların ailələrinin yaratdığı Şimali Koreya Cəmiyyətindən 1945-ci il "Tokio Bombardımanı"na dair açıqlama verilib.
Açıqlamada, 10 mart 1945-ci ildə ABŞ-nin Tokioyu napalm bombaları ilə dolu 275 B-29 təyyarəsilə bombaladığı zaman Yaponiyanın hökumətinin, "insanlıqdan kənar pis rəftara və təhqirə məruz qalan, təhlükəli və çətin işlərdə işlədilən koreyalıları" qruplar halında saxladığı və bu səbəbdən çoxlarının hücumlar zamanı həyatını itirdiyi bildirilib.
10% koreyalı olan təxminən 100 min insanın ölümünə səbəb olan hava hücumunda həyatını itirən koreyalıların kimlikləri araşdırılmadan müxtəlif yerlərə dəfn edildiyi iddia edilib. Açıqlamada, cəsədlərin daha sonra çıxarılaraq dəhşətli və etik olmayan cinayətlərdə istifadə edildiyi vurğulanıb.
Açıqlamada, Yaponiyaya bu hücumda həyatını itirən koreyalıların yaxınlarından üzr istəməsi və təzminat ödəməsi çağırışı edilib.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...