Şimali Koreya Rusiyaya əsgər göndərdiyini təsdiqləyib
Şimali Koreya Ukraynaya qarşı mübarizə aparmaq üçün Rusiyaya əsgər göndərdiyini rəsmi şəkildə təsdiqləyib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası bildirib ki, imzalanmış Əhatəli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində Şimali Koreya hərbçiləri Kursk bölgəsində döyüş əməliyyatlarında iştirak ediblər.
Bəyanatda Şimali Koreya əsgərlərinin "neo-nasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiyanın torpaqlarının azad olunmasına" töhfə verdiyi qeyd olunub. Əsgər göndərilməsi qərarının şəxsən lider Kim Çen In tərəfindən verildiyi bildirilib.
Şimali Koreya bu addımın beynəlxalq hüquq normalarına uyğun olduğunu iddia edib.
Oxşar xəbərlər
Abbas Əraqçi: ABŞ Tehranla müharibəyə trilyonlarla dollar xərcləyəcək
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Tehranla müharibəyə trilyonlarla dollar xərcləyəcəyini bildirib. BAKU.WS xəbər verir ki, Əraqçi bu barədə "Washi...