Şeyda Yılmazı şəhid edən şəxs dəhşətli faktları açıqladı

Şeyda Yılmazı şəhid edən şəxs dəhşətli faktları açıqladı
Foto
Dünya 104

İki gün öncə Türkiyədə Polis məmuru Şeyda Yılmazı şəhid edən Yunus Emre Geçtinin ifadəsi ortaya çıxıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, şübhəli ifadəsində atəş açdığı şəxslərin polis olduğunu anlamadığını, Şeyda Yılmazın silahının ucunu görəndə 2 dəfə atəş açdığını bildirərək "Qəsdən cinayət törətmədim. Həbssiz mühakimə olunmağıma qərar verilsin" deyib.

Narkotik istifadə etdiyini etiraf edən Geçti özünü bu sözlərlə müdafiə edib:

"Mən 5 ay əvvələ qədər narkotik maddə istifadə edirdim. Daha əvvəl bonzai və həşiş çəkirdim. Məni Dudullu polis məntəqəsinə polislər apardı. Oğurluq məsələsi ilə bağlı bizim ifadəmizi aldılar. Sonra polislər mənə "Gözləyəcəksən" dedi. Anam, atam, babam və nənəm də gəldi. Mən sonra anamın qışqırıq səsini eşitdim. Polis məntəqəsinin divarından atlandım. Atlananda atamı gördüm. Atam məni görəndə qaçdı. Mən oradan anama kömək etmək üçün çıxdım. İfadəm alındığı üçün mən qaçdığımı düşünmədim.

Evə tərəf getdim və yolda düşmənlərimə rast gəldim. Mənə hücum etdilər. Sevgilim bu insanların bacısıdır. Bu zaman ora mülki avtomobil gəlib. Mən bu adamlar tərəfindən döyülərkən yerdə tapança gördüm. Sol qolumdan güllə aldım. Anamın qışqırdığını eşitdim ki, "güllələndim" deyir. Orada bir silahlı var idi, tapançanın ucunu gördüm. Onların polis olduğunu görmədim. Onlar mülki avtomobillə gəliblər.

Onun forma geyindiyini sonradan kameraya baxanda fərq etdim. Həmin lüləyə doğru 2 güllə atdım. Silahı orada qoyub evimə tərəf getdim. Sonra mühafizəçilər məni gördülər. Mən onlara təslim oldum. Qarşımda bir qadın olduğunu anlamadım. Digər yaralılara xəsarət yetirmədim. Mən heç kimdən silah almamışam. Yerdə gördüm. Mən ittihamı qəbul etmirəm. Mən qəsdən cinayət törətməmişəm. Həbssiz mühakimə olunmağıma qərar verilsin".

Xatırladaq ki, hadisə zamanı təqsirləndirilən şəxs polisin silahını alaraq ətrafa atəş açıb, nəticədə polis məmuru Şeyda Yılmaz şəhid olub, şübhəlinin anası P.G. (43) yaralanmışdı.

Son xəbərlər