"Sevdiyim qızın QARĞIŞIYLA bu qədər yaşadım" - 136 yaşlı kişinin uzunömürlülük SİRRİ

Türkiyənin kəndində yaşayan 136 yaşlı Mehmet Reşit Ak həm uzun ömrü, həm də keçmişə dair canlı xatirələri ilə diqqət çəkir. Üç dəfə evlənən, 28 övladı və 250-dən çox nəvəsi olan Mehmet baba bu qədər yaşamının səbəbini gəncliyində aşiq olduğu qızın ona etdiyi qarğışa bağlayır.
BAKU.WS xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.

"Bəzən ölməyi çox istəyirəm. Sonra həyatın şirin tərəfi yadıma düşür, yaşamaq istəyirəm", – deyən Mehmet Reşit baba uzunömürlülüyünü hər yeməkdə qatıq yeməyə, çox işləməyə, təmiz hava və suya, orqanik və bitki əsaslı qidalanmağa borclu olduğunu bildirib.
Türkiyə Cümhuriyyətinin qurulmasından əvvəlki dövrlərə şahidlik etdiyini deyən Mehmet Reşit Ak Mustafa Kamal Atatürklə birlikdə Yunanlara qarşı döyüşdüyünü bildirib: "Atatürk bizi çağırdı, mağaralarda gizlənən yunanlara qarşı vuruşduq. Onları ordan qovub, dənizə tökdük. Daha sonra bölgəyə qayıtdıq".

Mehmet Reşit baba həyatında böyük iz buraxan Rağda adlı qızı xatırlayarkən kövrəlib: "Onu çox sevirdim, amma ala bilmədim. atası razı olsa da, ailəm icazə vermədi. Rağda da başqasına ərə getdi. Sonra mənim qohumlarımdan biri ilə rastlaşanda mənim kim olduğumu öyrəndi və mənə belə qarğış etdi: "Allah ona ölmək istəyəndə ölüm verməsin, yaşamaq istəyəndə də yaşatmasın". O gündən bu yana yaşayıram, nə ölürəm, nə də rahat yaşayıram".

Mehmet Reşit Ak-ın 70 yaşlı oğlu Hamdi Ak atasının 3 dəfə evləndiyini, 28 uşağı və 250-dən çox nəvəsi olduğunu deyib: "Mən üçüncü oğluyam, 70 yaşım var, mənim də 40-dan çox nəvəm var".
78 yaşlı həyat yoldaşı Dilşen Ak isə deyib: "Mehmet Reşit çox sakit və anlayışlı insandır. Həftədə yarım çörək belə yeməz. Ən çox qatıq yeyər".
Qüvvətli yaddaşı, fiziki gücü və müdrikliyi ilə bölgədə söz sahibinə çevrilən Mehmet Reşit baba el arasında nüfuzlu bir şəxsiyyət kimi tanınır.


Oxşar xəbərlər
Hitlerin ölümü ilə bağlı həqiqət ortaya çıxdı
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Adolf Hitlerin intiharı ilə bağlı yeni detallar açıqlayan əvvəllər məxfi saxlanılan arxiv sənədlərini ictimaiyyətə tə...