Səudiyyə Ərəbistanı meningit peyvəndi tələbinin dayandırıldığını açıqladı
07
fev
2025
16:10
Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi Ümrə ziyarəti üçün ölkəyə gedən zəvvarlar üçün meningit peyvəndi tələbinin dayandırıldığını elan edib.
BAKU.WS xəbər verir ki, yeni qərara əsasən, Neisseria meningitinə qarşı peyvənd olunmaq məcburiyyəti ləğv edilib. Bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi (GACA) tərəfindən açıqlama yayılıb. Keçən ay qüvvəyə minən və peyvəndi məcburi edən ümumi təlimatın ləğv olunduğu bildirilib.
GACA-nın yeni göstərişi ölkənin hava limanlarında fəaliyyət göstərən bütün aviaşirkətlərə göndərilib. Daha əvvəl qüvvədə olan qərara əsasən, Ümrə ziyarətinə gedənlərin Səudiyyə Ərəbistanına daxil olmasından ən azı 10 gün, ən çox isə 3 il əvvəl peyvənd olunması tələb edilirdi.
Oxşar xəbərlər
ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Yunanıstan və Panamada ofisləri olan "Karnakis and Karnakis" hüquq şirkətinə İran məhsullarının beynəlxalq bazarlara tədarükünə kömək ehti...