Səudiyyə Ərəbistanı İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəyini bəyan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanı rəhbərliyi İran tərəfinə rəsmi təminat verərək bildirib ki, mümkün hərbi zərbələr zamanı ölkənin ərazisi və hava məkanı İslam Respublikasına qarşı istifadə olunmayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Agence France-Presse" Səudiyyə Ərəbistanının hökumət və hərbi dairələrinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Ər-Riyad bu mövqeyini Tehrana birbaşa şəkildə çatdırıb. Səudiyyə rəsmiləri İran əleyhinə istənilən hərbi ssenaridə iştirak etməyəcəklərini və üçüncü tərəflərə bu məqsədlə nə hava məkanının, nə də ölkə ərazisinin açılmayacağını vurğulayıblar.
Bu qərar bölgədə gərginliyin daha da artmasının qarşısını almaq məqsədi daşıyır.
Qeyd olunur ki, rəsmi Ər-Riyad regionda hərbi qarşıdurmaya cəlb olunmaq istəmir və mövcud vəziyyətdə neytral mövqeyini qorumaqda qərarlıdır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...