Sərnişin təyyarəsinin mühərrikinə dovşan girib, təyyarə təcili eniş edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də Denver-Edmonton reysi ilə hərəkət edən United Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsinin mühərrikinə dovşan girib.
BAKU.WS dha-ya istinadən xəbər verir ki, təyyarə havaya qalxandan qısa müddət sonra təyyarənin sağ qanadındakı mühərrikdən alov çıxıb. Hadisə sərnişinlər arasında təşviş yaradıb, bəziləri çığırmağa başlayıb.
Pilot təcili vəziyyət elan edərək mühərriki söndürüb və təyyarə 75 dəqiqə sonra Denver hava limanına təcili eniş edib. Təyyarədə olan 159 sərnişin və heyət üzvü təhlükəsiz şəkildə təxliyə olunub, xəsarət alan olmayıb.
Pilotun dispetçerlə əlaqə zamanı iki nömrəli mühərrikə dovşan girdiyini bildirib. Dovşanın təyyarə uçuşa başladığı anda mühərrikə düşdüyü ehtimal olunur.
Sərnişinlərdən Skott Volf bildirib: "Güclü partlayış səsi və silkələnmə hiss etdik, amma təyyarə qalxmağa davam etdi. Mühərrikdən alovların çıxması sərnişinləri qorxuya saldı".
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...