"Şeremetyevo"dakı məhdudiyyətlər ləğv edildi
Rusiyanın "Şeremetyevo" hava limanında təyyarələrin qəbulu və buraxılması ilə bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə Rusiya Federal Aviasiya Agentliyinin (Rosaviatsiya) nümayəndəsi Artyom Korenyako məlumat verib.
"Məhdudiyyətlərin qüvvədə olduğu dövrdə "Şeremetyevo"ya eniş etməli olan 18 təyyarə ehtiyat aerodromlara yönləndirilib", – deyə o, teleqram kanalında bildirib.
Korenyako əlavə edib ki, hava limanının bütün xidmətləri, aviadispetçerlər və heyətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirləri həyata keçiriblər.
Martın 11-də Ukrayna PUA-larının kütləvi hücumu fonunda "Domodedovo", "Vnukovo" və "Jukovski" hava limanlarında da məhdudiyyətlər tətbiq olunub.
Oxşar xəbərlər
Konqoda Ebola sürətlə yayılır: Yoluxanların yarıdan çoxu ölüb
Konqo Demokratik Respublikasında Ebola qızdırmasının yayılması "müstəsna sürətlə" davam edir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" q...