SEPAH Xameneinin qətlinə cavab olaraq genişmiqyaslı əməliyyatlara start verir
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra genişmiqyaslı hərbi və təhlükəsizlik tədbirlərinə başladığını elan edib.
BAKU.WS "Tasnim" agentliyinə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi bəyanatında bildirilib.
"İran xalqının intiqamı gecikməyəcək və bu cinayəti törədənlər ağır, qəti və peşmanedici şəkildə cəzalandırılacaqlar",-deyə məlumatda qeyd edilib.
Qurum Xameneinin qətlini dini, əxlaqi və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirib və məsul şəxslərin müəyyən edilərək cavab verəcəyini vurğulayıb.
İran hökuməti də yaydığı açıqlamada hadisənin cavabsız qalmayacağını bəyan edib. Rəsmi mövqedə qeyd olunub ki, İslam ümmətinin və dünya üzrə azadlıqsevər qüvvələrin dəstəyi ilə bu ağır cinayətin icraçıları və sifarişçiləri ədalət qarşısında cavab verəcəklər.
Oxşar xəbərlər
Trampdan İrana sərt mesaj: "Misli görünməmiş cavab veriləcək"
ABŞ Prezidenti Donald Tramp İranın son bəyanatlarına münasibət bildirərək Tehrana açıq xəbərdarlıq edib. BAKU.WS xəbər verir ki, Donald Tramp İran tərəfinə daha...