SEPAH "Citibank"ın Dubay və Manamadakı filiallarına hücumları təsdiqləyib
İran ABŞ və İsrailin Tehranda İslam Respublikasının banklarına hücumlarına cavab olaraq "Citibnak"ın BƏƏ-nin Dubay şəhəri və Bəhreynin paytaxtı Manamadakı filiallarına hücum edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Əli Məhəmməd Naini bildirib.
Onun sözlərinə görə, hücum İranın iki bankına qarşı hərəkətlərə cavab olub.
"Amerika banklarının filiallarına hücum düşmənin İranın iki bankına qarşı təcavüzünə cavab idi. Əgər düşmən bu hərəkəti təkrarlsa, Amerikanın bölgədəki bütün bank filialları bizim qanuni hədəflərimizə çevriləcək", - o qeyd edib.
Oxşar xəbərlər
İran bu səbəbdən BƏƏ-nin üç hava limanına hücum edəcək
İran ABŞ-nin Xarq adasına hücumuna cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) üç hava limanına hücum etmək niyyətindədir. BAKU.WS xəbər verir ki, bu barəd...