SEPAH ABŞ-nin 11 qırıcısını və təyyarəsini məhv edildiyini bildirib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) rəsmi nümayəndəsi Hüseyn Möhəbbə bəyan edib ki, iyulun 17-dən İran Silahlı Qüvvələri ABŞ-nin 11 ədəd hava hərbi texnikasını yerdə məhv edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Möhəbbə Tasnim agentliyinə müsahibəsində bildirib.
"İyulun 17-dən İran Silahlı Qüvvələri regiondakı Amerika hərbi bazalarında yerləşən və yerdə olan 11 ABŞ qırıcısını və təyyarəsini məhv edib", - deyə o əlavə edib.
Onun sözlərinə görə, SEPAH F-15 qırıcısını, P-8 Poseidon uzaqmənzilli kəşfiyyat təyyarəsini, C17 hərbi-nəqliyyat təyyarəsini və səkkiz yanacaq dolduran təyyarəni məhv edib. O əlavə edib ki, İranın hücumları zamanı 17 kəşfiyyat və döyüş pilotsuz uçuş aparatı da sıradan çıxarılıb.
Oxşar xəbərlər
İranda ABŞ "tam təslim olana" qədər zərbələri davam etdirməyə hazırdırlar
Regionda ABŞ obyektlərinə davam edən zərbələr "düşmən tam təslim olana" qədər endiriləcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İranın Ali Milli Təhlükəs...