SEPAH ABŞ ilə zərbə mübadiləsinin xronologiyası barədə məlumat yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ və İran arasında son zərbə mübadiləsi ilə bağlı hadisələrə dair öz versiyasını dərc edib.
BAKU.WS "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə "Fars" məlumat yayıb.
SEPAH-ın bəyanatına görə, toqquşmalar "ABŞ hərbçilərinin müşayiət etdiyi" dörd neft tankerinin "Hörmüz boğazını qanunsuz olaraq tərk etməyə" cəhd göstərməsindən sonra başlayıb.
SEPAH-ın iddiasına görə, İranın Hərbi Dəniz Qüvvələri onlara xəbərdarlıq edib, bundan sonra tankerlərdən biri "vurularaq dayandırılıb", digər gəmilər isə istiqamətini dəyişərək geri qayıdıb. Daha sonra ABŞ pilotsuz uçuş aparatları Qəşm adasındakı telekommunikasiya obyektinə və Sirik şəhərindəki limana zərbələr endirib.
Buna cavab olaraq SEPAH Küveytdəki iki ABŞ aviabazasına, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qərargahına zərbələr endirdiyini bəyan edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...