SEPAH ABŞ bazalarına ilk dəfə "Zülfüqar" raketi ilə zərbələr endirildiyini bildirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regiondakı ABŞ bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" ballistik raketlərindən istifadə olunduğunu bəyan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, SEPAH-ın müvafiq bəyanatını "Mehr" agentliyi yayıb.
"Gerçək vəd - 4" əməliyyatı çərçivəsində həyata keçirilən 76-cı və 77-ci hücum dalğaları zamanı SEPAH regiondakı Amerika maraqlarına və bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" raketlərindən istifadə edib", - məlumatda bildirilib.
Məlumata görə, raketlər ABŞ-nin "Əl-Dafra" (BƏƏ), "Viktoriya" (İraq), ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı (Bəhreyn), "Ali əs-Salem" (Küveyt) və "Əl-Xarc" (Səudiyyə Ərəbistanı) bazalarını "uğurla vurub".
"Zülfüqar" - hədəfləri 300-700 km məsafədə vurmağa qadir olan, İranın istehsal etdiyi bərk yanacaqlı yaxınmənzilli ballistik raketdir. Açıq mənbələrdəki məlumata görə, bəzi modellər hədəfə son yaxınlaşma zamanı operatorlara raketləri idarə etməyə imkan verən optik nişanalma sistemləri ilə təchiz edilib.
Oxşar xəbərlər
Qustavo Petro: Kolumbiyadakı təyyarə qəzasında bir nəfər ölüb, 77 nəfər xilas edilib
Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfərin həlak olduğu təsdiqlənib. BAKU.WS report-a i...