Şəkərli içkiləri su əvəzinə qəbul edən məşhur fenomenə leykoz diaqnozu qoyuldu

Şəkərli içkiləri su əvəzinə qəbul edən məşhur fenomenə leykoz diaqnozu qoyuldu
Dünya 97

Vyetnamlı sosial media fenomeni An Txi leykoz xəstəliyinə tutulduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, 23 yaşlı fenomen bildirib ki, illərlə nizamsız həyat tərzi keçirib, gecələr yatmayıb və su əvəzinə əsasən şəkərli içkilər qəbul edib.

"TikTok"da milyonlarla izləyicisi olan An Txi aylarla davam edən halsızlıqdan sonra xəstəxanaya yerləşdirildiyini və müayinələr zamanı ona leykoz diaqnozu qoyulduğunu deyib.

Fenomen bildirib ki, gün ərzində demək olar su içməyib, əvəzində şəkərli südlü içkilər və müxtəlif şirin içkilər qəbul edib.

O, müalicə prosesinə fokuslanmaq üçün sosial şəbəkələrə ara verdiyini də açıqlayıb.

Mütəxəssislər isə qeyd ediblər ki, şəkərli içkilər və yuxusuzluq leykoza birbaşa səbəb hesab olunmur. Bununla belə, sağlam olmayan həyat tərzinin ümumi sağlamlığa mənfi təsir göstərdiyi vurğulanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər