Səhnədə atılan boyunbağıya, şilləyə, hücuma məruz qalan MÜĞƏNNİLƏR - SİYAHI

Səhnədə atılan boyunbağıya, şilləyə, hücuma məruz qalan MÜĞƏNNİLƏR - SİYAHI
Foto
Dünya 470

Zaman-zaman fanatlarının görüşünə gələn dünyaca məşhur müğənnilər onların sevgisi qədər sərt üzləri ilə də qarşılaşblar. Xarici şou-biznesə nəzər salsaq fanatlarının hücumuna məruz qalan kifayət qədər ulduzun olduğunu görə bilərik. Onlar bu hücuma məruz qalsalar da, peşəkarlıqları və soyuqqanlılıqları sayəsində bunun öhdəsindən gəlməyi bacarıblar. 

Bu dəfə BAKU.WS saytı olaraq səhnədə hücuma məruz qalan dünyaca məşhur müğənniləri araşdırdıq. Onların bəzilərini siz oxuculara təqdim edirik:

Müğənni Beyons

Sənətçi 2013-cü ildə səhnədə olarkən fanatının hücumuna məruz qalıb. Hadisə Braziliyada təşkil edilən konsert zamanı yaşanıb. Beyons səhnədəki platformadan aşağı əyildiyi bir anda bir pərəstişkarı onu tutub və aşağı çəkməyə çalışıb. Mühfizə xidməti dərhal müdaxilə edərək sənətçini fanatından müdafiə edib. O, bu hadisəni soyuqqanlılıqla qarşılayıb və səhnə performansına davam edib. 

Müğənni Keti Perri 

Səhnədə "Hot N Cold" mahnısını ifa edərkən bir pərəstişkarı səhnəyə çıxıb və müğənnini bərk qucaqlayıb. Hadisə 2025-ci ildə Ketinin Sidneydəki konsertində yaşanıb.  Təhlükəsizlik xidməti dərhal müdaxilə edərək sənətçinin fanatını səhnə arxasına aparıb. İfaçı bunu yumorla qarşılayaraq çıxışına davam edib. 

Müğənni Elton Con

O 2018-ci ildə Las-Veqasdakı konserti zamanı faciə yaşayıb. Fanatlarından biri o pianinoda ifa edərkən səhnəyə çıxıb və onun üzünə mirvari boyunbağı atıb. Bu sənətçini şoka salıb. Lakin o, qaldığı yerdən konsertə davam edib.  

Müğənni Ledi Qaqa

Ledi Qaqa bu ilin mayında Braziliyada təşkil edilən konsertində terror təhlükəsi ilə üz-üzə qalıb. Brailiya polisi əldəqayırma partlayıcılarla hücum etməyə çalışan şəxsləri zərərsizləşdirib. 

Müğənni Lana Del Rey 

Lana Del Reyin 2018-ci ildə Belçikada keçirilən konsertində səhnəyə çıxan fanatı onu itələyərək yıxıb. Mühafizə xidməti buna müdaxilə edərək sənətçinin kulisə aparıb. O bu hadisəni normal qəbul edib. Hər şeyin yaxşı olduğunu qeyd edib. 

Müğənni Ava Maks

2023-cü ildə Los-Ancelesdəki konsert zamanı fanatı səhnəyə çıxıb və onun üzünə sillə vurub. Maks zərbə nəticəsində gözündən zədə aldığını bildirib. 

Müğənni və bəstəkar Morrissey 

Britaniyalı müğənni Morrissey bir neçə dəfə səhnədə hücuma məruz qalıb. 2009-cu ildə Liverpulda konsert zamanı üzərinə şüşə butulka atıblar. 2018-ci ildə San Dieqoda konsert zamanı səhnəyə çıxan fanatı üzünə zərbələr endirib.  2024-cü ildə San Dieqodakə konserti zamanı isə bir neçə fanatı səhnəyə çıxaraq ona hücum edib. 

Son xəbərlər