Səfir: "Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır"

Türkiyə müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində deyib.
Səfir bildirib ki, Ankara təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun yeritməyi də nəzərdən keçirir.
"Dünən müdafiə naziri Yaşar Güler ilə görüşdüm, çox səmimi və məhsuldar söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsi əməliyyatına qoşulmağa hazırdır", - diplomat vurğulayıb.
Türkiyə tərəfi dənizlə yanaşı, humanitar mülki torpaqların minalardan təmizlənməsində iştirak təkliflərini də nəzərdən keçirir. Cəlal həmçinin xatırladıb ki, Türkiyə təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə potensial olaraq hazır olan 10 ölkədən biridir.
"Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq", - səfir əlavə edib.
Oxşar xəbərlər
İstefa verməsə, qovacağam! - Tramp
ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuk istefa vermədiyi təqdirdə vəzifəsindən azad edəcəyəm. Bunu jurnalistlərə açıqlamasında ABŞ Pr...
