Sarqsyanın partiyası Paşinyana etimadsızlıq səsverməsinə başlamaq üçün baş nazir vəzifəsinə namizəd seçib
Ermənistanın Respublikaçılar Partiyası (ERP) baş nazir Nikol Paşinyana qarşı impiçment prosesi çərçivəsində partiyanın sədr müavini Armen Aşotyanın baş nazir postuna namizədliyini irəli sürəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, ötən gün Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi keçmiş hakim Respublikaçılar Partiyası parlamentin "Şərəfim var" fraksiyasına (de-fakto öz fraksiyasına) ölkənin baş naziri Nikol Paşinyana qarşı etimadsızlıq votumu prosesini başlatmağı təklif edib.
Qeyd edilib ki, müxalifət deputatları hələ də baş nazir vəzifəsinə namizəd irəli sürmədiyi üçün partiya bu posta ERP Şurasının nümayəndəsinin namizədliyini irəli sürməyi təklif edib. KİV-in məlumatına görə, yaxın günlərdə partiya Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın namizədliyi barədə bəyanat verəcək.
Oxşar xəbərlər
İranda etirazlar 25 gündür davam edir: ölənlərin sayı 4 519-a çatıb
İranda iqtisadi problemlər fonunda başlayan etiraz aksiyaları 25-ci gününə daxil olub. ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA)...