Sarayevoda "insan ovu" QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb
İtaliya mətbuatı 1990-cı illərdə Bosniya müharibəsi zamanı bir qrup italyan vətəndaşının pul ödəyərək Sarayevoda "insan ovuna" qatıldığı barədə şok iddialar yayıb.
BAKU.WS xəbər verir ki, Milan Prokurorluğu tərəfindən aparılan istintaqa görə, bu şəxslər 80–100 min avro qarşılığında snayper kimi mövqe tutaraq dinc sakinləri, hətta uşaqları hədəfə alıblar.
İddialar şahid ifadələri, kəşfiyyat sənədləri və keçmiş serb milislərinin açıqlamaları ilə təsdiqlənir. Hadisənin, Sarayevo mühasirəsi dövründə – təxminən 11 min mülki şəxsin öldürüldüyü illərdə baş verdiyi bildirilir.
İstintaq, Bosniya müharibəsinin hələ də tam açıqlanmamış qaranlıq səhifələrindən birini üzə çıxara bilər.
Oxşar xəbərlər
ABŞ bu regiona qırıcılar və PUA-larını göndərdi
ABŞ Karib regionunda hərbi fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib. ABŞ Hərbi Hava Qüvvələri regiondakı bazalarda və gəmilərdə yeddi döyüş təyyarəsi eskad...