Sankt-Peterburq sakinlərinə evdən çıxmamaqla bağlı çağırış edildi
Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi səbəbindən sakinlərə evdə qalmaq çağırışı edib.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, Beqlov "Max" messencerində paylaşım edərək bildirib ki, şəhərdə hava hücumundan müdafiə sistemləri fəaliyyətini davam etdirir.
O qeyd edib ki, şəhərdə mobil internetdə fasilələr yarana bilər.
Qubernatorun sözlərinə görə, Sankt-Peterburq genişmiqyaslı PUA hücumuna məruz qalıb.
Hücum fonunda Pulkovo Airport hava limanı bir müddət fəaliyyətini dayandırsa da, hazırda təhlükəsizlik tədbirləri çərçivəsində reyslərin qəbulu və yola salınması bərpa olunub.
Oxşar xəbərlər
Netanyahu: Trampla görüş əla keçib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla son görüşünün onların indiyədək olan bütün ünsiyyətləri ərzində ən yaxşılardan biri olduğun...