Sank-Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Sank-Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Dünya 118

Rusiyanın Sank-Peterburq şəhərində 2013-cü ildə Heydər İsmayılovu qayınları ilə əlbir olub bir neçə gün girov saxladıqdan sonra qətlə yetirməkdə təqsirləndirilən Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2013-cü ilin yanvar ayında baş verib.

İttihama görə, Ülfət Məmmədov və Heydər İsmayılov Ülfətin qayınlarına məxsus Sank-Peterburq şəhərində yerləşən mağazada bir yerdə işləyiblər. Bir müddət sonra Heydər İsmayılovun həmin mağazadan 500 min rubla yaxın vəsaiti kassaya ödəməyərək mənimsədiyi məlum olub. Onlar pulu Heydər İsmayılovdan tələb etdikdə geri qaytarmayıb. Bu səbəbdən Ülfət qayınları Cabir Cəfərov, Zahir Cəfərov və tanışı, Tacikistan vətəndaşı Tohir Odiloviçlə əlbir olub Heydər İsmayılovu girov götürüblər. Onu bir neçə gün mənzildə girov saxladıqdan sonra Sank-Peterburq şəhəri yaxınlığında meşəlik əraziyə apararaq qətlə yetiriblər.

O, Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə), 120.2.2, 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə), 144.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə ittiham edilib.

Oxşar xəbərlər

Suriyada "Hizbullah"a silah satan qruplaşmanın üzvləri SAXLANILDILAR

Suriyada "Hizbullah"a silah satan qruplaşmanın üzvləri SAXLANILDILAR

Suriya təhlükəsizlik qüvvələri silah qaçaqmalçılığı və satışı ilə məşğul olan, eyni zamanda Livanın "Hizbullah" təşkilatına silah satan cinayətkar qrupu ifşa ed...

37 Dünya 22:22 19 fevral 2025

Son xəbərlər