Sakit okeanda 4,25 ton kokain müsadirə edilib
Fransa donanması Sakit okeanda keçirdiyi əməliyyat zamanı bir gəmidən 4,25 ton kokain müsadirə edib.
BAKU.WS xəbər verir ki, ilkin məlumata görə, Amerikadan yola çıxan və Cənubi Afrikaya doğru hərəkət etdiyi ehtimal edilən gəmi Fransız Polineziyası yaxınlığında saxlanılıb.
Əməliyyat zamanı aşkar edilən narkotik maddə Polineziyanın iqtisadi zonası və dəniz mühafizə ərazisindən kənarda məhv edilib. Gəmi və heyət üzvləri isə beynəlxalq hüquqa uyğun olaraq sərbəst buraxılıb.
Fransanın Silahlı Qüvvələr və Veteranlar naziri Katerin Votrin bildirib ki, bu əməliyyat ABŞ və digər ölkələrin narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirdiyi bir dövrdə həyata keçirilib. Müsadirə olunan kokain sonradan Barbados hakimiyyətinə təhvil verilib.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...