Şahzadə Harri və ailəsinin Böyük Britaniyaya qayıdış tarixi açıqlanıb
Şahzadə Harri, həyat yoldaşı Meqan Markl, həmçinin övladları Arçi və Lilibet bu gün, yəni avqustun 26-da Kaliforniyadan xüsusi reyslə Böyük Britaniyaya yola düşəcəklər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən BBC məlumat yayıb.
Məlumata əsasən, Sasseks hersoqu və hersoginyası geri dönəcəkləri barədə Böyük Britaniya Kralı III Çarlzı artıq məlumatlandırıblar.
Cütlüyün rəsmi nümayəndəsi telekanalın mövzu ilə bağlı sorğusuna münasibət bildirərək qeyd edib: "Bu bizim şərh etmək istədiyimiz bir məsələ deyil".
Mənbənin məlumatına görə, Harri və Meqan rəsmi kral vəzifələrinə qayıtmaq niyyətində deyillər. Onlar Böyük Britaniyada kral ailəsinin qeyri-işçi üzvləri və sıravi vətəndaş kimi yaşamağı planlaşdırırlar.
Ailənin Londondan kənarda yerləşən Kotsuolds ərazisində məskunlaşacağı ehtimal olunur. Məlumata görə, Arçi və Lilibet artıq yerli məktəblərdən birinə qəbul ediliblər və onlar üçün yeni tədris ili gələn həftədən etibarən başlayacaq.
Oxşar xəbərlər
Yaxın Şərqdəki münaqişə: Altı ayda "Brent"in qiyməti 70-126 dollar arasında dəyişib
ABŞ-İran müharibəsinin başlamasından ötən təxminən 6 aylıq müddət ərzində "Brent" markalı xam neftin bir berelinin qiyməti 70-126 dollar arasında geniş diapazon...