Sabahla bağlı hər kəsə XƏBƏRDARLIQ

İyunun 11-də nadir astronomik hadisə - "Çiyələk Ayı"nı müşahidə ediləcək.
Yerin peyki narıncı-qırmızı tonlarda rənglənəcək. Astronomların fikrincə, bu, son 18 ilin ən aşağıdan müşahidə edilən bədirlənmiş ayı olacaq.
BAKU.WS xəbər verir ki, bu fenomenin insanlara nə gətirəcəyini "Veçernyaya Moskva" astroloq Boris Zakdan öyrənib.
"Bədirlənmiş Ay hadisəsi Oxatan bürcündə baş verəcək. Əgər insanlar bir işdə uğur qazanmaq, bizneslərini inkişaf etdirmək və ya daha genişmiqyaslı bir iş görmək istəyirlərsə - bu bürcdə bütöv ay dövrü idealdır", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Oxatan bürcü səyahət, xaricdə yaşamaq, başqa mədəniyyətlərin adamları ilə ünsiyyət, ali təhsil üçün məsuliyyət daşıyır. Bunlar növbəti iki həftə ərzində ən aktual olacaq mövzulardır. Bu səbəbdən də bədirlənmiş ay hadisəsi yaşanan ərəfədə bu sahələrlə bağlı arzular edə bilərsiniz.
Bundan əlavə, Oxatan bürcündə bədirlənmiş ay və ondan sonrakı iki həftə müxtəlif hüquqi məsələlərin həlli üçün əlverişlidir.
"Bu zaman çoxları, məsələn, peşəkar sahədə azadlıq və müstəqilliyə ehtiyac duyacaq və ya öz layihəsini həyata keçirmək istəyəcəklər, - astroloq xəbərdarlıq edib.
"Azadlıqdan danışanda bu, təkcə işə deyil, münasibətlərə də aiddir. Bu zaman partnyorunuza təzyiq etməmək, onu idarə etməyə çalışmamaq, əksinə, ona bu münasibətdə indi olduğundan bir az daha çox azadlıq vermək vacibdir. Bu, kişi ilə qadının birliyini gücləndirəcək. Bundan əlavə, Oxatan bürcü investisiya sahəsi üçün əlverişlidir. İnsanlar hələ də müxtəlif investisiya alətlərini sınamayıblarsa, indi bunu etməyə başlamağın vaxtıdır".
Oxşar xəbərlər
Hindistan sahillərində yük gəmisində partlayış – 4 nəfər axtarılır
Hindistanın Kerala ştatı sahillərində Sinqapur bayraq altında üzən "MV Wan Hai 503" konteyner gəmisində partlayış və yanğın baş verib. BAKU.WS xarici KİV-ə isti...
