Sabahkı hava ilə bağlı XƏBƏRDARLIQ
Fevralın 7-8-də Yerə təsir edən geomaqnit şəraitinin əsasən sabit qalacağı gözlənilsə də, alimlər qısa müddətli aktivlik ehtimalını istisna etmirlər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Günəşdə yaranmış koronal dəlikdən yayılan güclü axın Yerə doğru yönəlib.
Bu səbəbdən günəş küləyinin sürəti artıb. Mütəxəssislər yaxın günlərdə həmin axının zəifləyəcəyini və küləyin sürətinin tədricən azalacağını bildirirlər.
Kosmik hava üzrə sinoptiklərin proqnozuna görə, ümumi fon sakit qalmalıdır. Lakin koronal dəlikdən gələn qalıq təsirlər səbəbindən fasiləli geomaqnit aktivliyi mümkündür.
Bundan əlavə, fevralın 8-də G1 (zəif) səviyyəli maqnit qasırğasının baş vermə ehtimalı var. Bu cür qasırğalar adətən qısamüddətli olur və əsasən yüksək enliklərdə rabitə və enerji sistemlərinə cüzi təsir göstərə bilir.
Oxşar xəbərlər
Finlandiya Prezidenti Avropa İttifaqının 40 ölkəyədək genişləndirilməsini təklif edib
Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının üzv ölkələrinin sayının 27-dən 40-a çatdırılmasını təklif edib. BAKU.WS xəbər verir ki, prezident bu b...