Sabah ilin ilk Günəş tutulması baş verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah ilin ilk Günəş tutulması baş verəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib.
Bildirilib ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.
Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.
Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...