Ruslar ipoteka üzrə yüz milyardlarla rubl borcludurlar
Rusiyada 2025-ci ilin oktyabr ayında ipoteka kreditləri üzrə gecikmiş ödənişlərin həcmi 250 milyard rubla yaxınlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayb.
Məlumata əsasən, problemli ipoteka kreditlərinin həcmi 1,4% artaraq sentyabrdakı 243,1 milyard rubl səviyyəsindən 246,65 milyard rubla yüksəlib. Gecikmiş kreditlərin sayı da 82,2 mindən 83,5 minə çatıb.
Eyni zamanda ümumi ipoteka portfeli 1,1% böyüyərək 22,6 trilyon rublla tarixi maksimuma yüksəlib. Bununla belə, gecikmiş kreditlərin payı hələ də ümumi portfelin cəmi 1,1%-ni təşkil edir.
Qeyd edilir ki, əsas faiz dərəcəsinin aşağı salılması fonunda ölkədə ipoteka götürənlərin sayı artıb. Payızın ortalarında yeni ipoteka kreditlərinin həcmi bir ay ərzində demək olar ki, dörddəbir yüksələrək 483 milyard rubl olub. Bu göstərici yalnız 2024-cü ilin iyun ayından (834 milyard rubl) geri qalır.
Oxşar xəbərlər
Kliçko sakinləri Kiyevi tərk etməyə çağırıb
Kiyev sakinlərinə elektrik və istilik təchizatı ilə bağlı problemlər səbəbindən imkan daxilində şəhəri tərk etmək tövsiyə olunub. BAKU.WS xəbər verir ki, bu ça...