Rusiyaya məxsus sərnişin təyyarəsi doluya görə zədələndi - Sankt-Peterburqa uça bilmədi
Rusiyanın "Rossiya" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Mineralnıye Vodı hava limanında dayanacaqda olarkən güclü dolunun təsirindən zədələnib.
BAKU.WS xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, mayın 28-də Stavropol diyarında müşahidə olunan güclü yağış və iri dolu hava nəqliyyatında problemlərə səbəb olub. Sankt-Peterburq istiqamətində uçmalı olan "Rossiya" aviaşirkətinin Airbus A320 təyyarəsinə baxış zamanı mühərrik örtüklərində çoxsaylı əziklər aşkarlanıb.
Təhlükəsizlik səbəbindən təyyarənin uçuşuna icazə verilməyib.
Nəticədə aviaşirkət ehtiyat hava gəmisindən istifadə etmək məcburiyyətində qalıb. Bu səbəbdən reys təxminən doqquz saat gecikib.
Bundan əvvəl isə Rusiyada sərnişin təyyarəsinin havada marşrutunu qəfil dəyişdiyi bildirilmişdi. Göyərtəsində 104 sərnişin olan gəmi havada geri dönərək uçduğu hava limanına eniş etmişdi.
Oxşar xəbərlər
Türkiyə XİN Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin qorunması ilə bağlı çağırış edib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa limanından hərəkət edən yük gəmisinin mayın 28-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) ilə hücuma...