Rusiyanın Xəzər donanması Ukrayna hərbçilərinə zərbə endirib
16
may
2025
12:24
Rusiya ordusunun Xəzər donanmasının dəniz piyadaları Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya sərhədinə yaxınlaşmaq cəhdlərinin qarşısını alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildiriir ki, Xəzər donanmasının dəniz piyadaları sərhədə yaxınlaşmağa çalışan Ukrayna piyada bölmələrinin və texnikasının qarşısını alıb və onlara zərbələr endirib.
Nazirlik qeyd edib ki, 177-ci ayrıca qvardiya dəniz piyada alayının döyüşçüləri Rusiya Silahlı Qüvvələrinin "Şimal" qruplaşması tərkibində aktiv döyüş əməliyyatları aparıb.
Oxşar xəbərlər
Ayı məktəbə su borusu ilə girməyə çalışıb
Rusiyanın İrkutsk vilayətinin Zaloq kəndində ayı məktəb yeməkxanasından gələn qoxulara cəlb olunaraq binaya su borusu ilə dırmaşmağa çalışıb. BAKU.WS xəbər ver...