Rusiyanın Ufa hava limanı müvəqqəti fəaliyyətini dayandırıb
Rusiyanın Ufa şəhərindəki hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bu barədə "Rosaviatsiya"nın rəsmi nümayəndəsi Artyom Korenyako məlumat verib.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, hava limanı hazırda nə təyyarə qəbul edir, nə də uçuş həyata keçirir. Qərar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
Qeyd edək ki, həmin hava limanında uçuşlar oktyabrın 15-nə keçən gecə dayandırılmışdı.
Səhər saatlarında eyni məhdudiyyətlər Nijni Novqorod və Nijeqamsk hava limanlarında da tətbiq olunub.
Mütəxəssislərin bildirdiyinə görə, bu cür hallarda "Kover" planı - yəni hava məkanının tam bağlanması və bütün uçuşların dərhal dayandırılması - təhlükəsizlik məqsədilə aktivləşdirilə bilər.
Bu qərarlar adətən hava şəraitinin qəfil pisləşməsi, hava məkanının pozulması və ya pilotsuz uçuş aparatlarının hücumu kimi hallarda qəbul edilir.
Oxşar xəbərlər
Rəsmi Tehran Çinə dəstəyinə görə təşəkkür edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, onlar 25 illik...