Rusiyanın bu şəhərində benzin TÜKƏNİB
Rusiyanın Novorossiysk şəhərində yerləşən yanacaqdoldurma məntəqələrində benzin tükənib və satış dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Novorossiysk şəhər administrasiyası məlumat yayıb.
Bildirilib ki, şəhərdə dizel yanacağı yalnız 8 yanacaqdoldurma məntəqəsində məhdud həcmdə mövcuddur. Yanacaq yalnız xüsusi yanacaq kartları vasitəsilə satılır və bu imkandan əsasən şirkətlərə məxsus nəqliyyat vasitələri istifadə edə bilir.
Məlumata görə, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrdən sonra ölkədə bir sıra müəssisələr təmirə bağlanıb. Rusiya hökuməti yanacaq bazarında sabitliyi qorumaq məqsədilə vaxtaşırı satış və ixrac məhdudiyyətləri tətbiq edir.
Qeyd olunur ki, hazırda Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiyanın təxminən 40 regionunda yanacaq satışına müxtəlif məhdudiyyətlər tətbiq edilir.
Oxşar xəbərlər
Fransada isti hava 2 mindən çox insanı öldürüb
Fransada müşahidə olunan güclü isti hava dalğası səbəbindən bir həftə ərzində ölüm hallarında kəskin artım qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Frans...