Rusiyanın bu bölgəsi yarım aydır benzinsiz qalıb
Rusiyanın Xabarovsk diyarının şimalında yerləşən Oxotsk dairəsi sakinləri benzinsiz qalıblar.
BAKU.WS xəbər verir ki, bölgədə artıq yarım aydır ki, yanacaq tapılmır. Benzin ehtiyatları mart ayının ortalarında tükənib.
Dairə rəhbəri Maksim Klimov bildirib ki, qış üçün toplanan yanacaq ehtiyatı əlavə rezerv olmadan hazırlanıb və güclü qar yağışlarının fəsadlarının aradan qaldırılması zamanı tam istifadə olunub.
Hazırda cəmi 100 ton benzin qaldığı qeyd edilir. Bu səbəbdən yanacağın əhaliyə satışı dayandırılıb və yerli sakinlər alternativ yollar, o cümlədən qeyri-rəsmi satıcılar vasitəsilə benzin əldə etməyə çalışırlar.
Rəsmilərin sözlərinə görə, bölgəyə yanacaq tədarükünün yalnız iyun ayında bərpa olunacağı gözlənilir.
Oxşar xəbərlər
Xərçəng riskini artıran gizli səbəb aşkarlandı
Fransalı alimlər xərçəng riskini artıran gizli səbəb aşkarlayıblar. BAKU.WS xəbər verir ki, pestisidlərə (kənd təsərrüfatı bitkilərinə zərər verən həşəratları,...