Rusiyanın altı hava limanında uçuşlar dayandırılıb

Rusiyanın altı hava limanında uçuşlar dayandırılıb
Dünya 145

Rusiyada Vladiqafqaz, Kazan, Kaluqa, Nijnekamsk, Saratov və Ulyanovsk hava limanlarında reyslərin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb.

BAKU.WS "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarələrin qəbulu və göndərilməsinə tətbiq edilən məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər