Rusiyanın 9 regionunda uşaqlar arasında ölümcül virus yayılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın doqquz regionunda son bir neçə gündə uşaqlarda Kokisaki virusuna bənzər xəstəlik aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti yazır.
Nəşrin məlumatına görə, Moskva, Sankt-Peterburq, Krasnodar diyarı, Tatarıstan, Vladimir, Bryansk, İjevsk, Kaluqa və Moskva vilayətlərində təhlükəli xəstəlik aşkarlanıb. Eyni zamanda, İjevsk vilayətinin Səhiyyə Nazirliyi regionda heç bir yoluxma halının qeydə alınmadığını bildirib.
Kokisaki virusu öskürək, qızdırma, boğaz ağrısı, səpgi ilə müşayiət olunur. Çox vaxt xəstəlik kurort ölkələrində tətil edən ruslarda qeydə alınır. Qurum bu simptomları görən turistlərə xüsusi yaradılmış qaynar xəttə müraciət etməyi tövsiyə edib.
Bir gün əvvəl Yekaterinburqdan olan həkim Aleksandr Solovyov demişdi ki, Koksaki virusu Rusiyada yeni pandemiyaya səbəb olmayacaq, ona görə də bununla bağlı panikaya düşməyə ehtiyac yoxdur.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...