Rusiyalı deputatın köməkçisinə atəş açılıb
11
okt
2024
14:39
Naməlum şəxs rusiyalı deputatın köməkçisinə atəş açıb.
BAKU.WS xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.
Naməlum şəxs Dövlət Dumasının deputatı, general Vladimir Şamanovun köməkçisi Şerip Əlixacıyevə atəş açıb.
Ötən gecə naməlum şəxs zərərçəkənin evinə daxil olaraq pəncərədən azı 4 dəfə atəş açıb.
Güllələrdən biri Əlixacıyevin çənəsinə, digəri isə kürəyinə dəyib. Silahlı şəxs daha sonra hadisə yerindən qaçıb.
Qurban isə reanimasiyadadır. Faktla bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Nyu-Yorkda bir əsrdən çox qüvvədə olan qanun ləğv edilib
Nyu-York ştatı bir əsrdən çox əvvəl nadir hallarda istifadə edilən zina qanununa son qoyub. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 22-də qubern...