Rusiyadan Britaniyaya QADAĞA! 21 deputat ölkəyə girə bilməz
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın 21 parlament üzvünə qarşı sanksiya tətbiq edərək onların ölkəyə girişinə qadağa qoyduğunu açıqlayıb.
BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, nazirliyin bəyanatında qeyd olunub ki, Böyük Britaniya Rusiyaya qarşı "düşmənçilik siyasəti" yürüdür, sanksiyalar tətbiq edir və Ukraynaya silah yardımı göstərir. Bu addımlara cavab olaraq, adıçəkilən parlament üzvlərinin Rusiyaya girişinə icazə verilməyəcəyi bildirilib.
Açıqlamada, girişinə qadağa qoyulan şəxslərin adlarının yer aldığı siyahı da təqdim olunub. Nazirlik əlavə edib ki, bu sanksiya siyahısının genişləndirilməsi ilə bağlı işlər davam edir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...