Rusiyadan 100 km məsafədə NATO ölkələrinin hərbi təlimləri başlayıb

Rusiyadan 100 km məsafədə NATO ölkələrinin hərbi təlimləri başlayıb
Dünya 40

Finlandiya Rusiyanın sərhədindən cəmi 100 kilometr uzaqlıqda genişmiqyaslı artilleriya təlimlərinə start verib. "Northern Spike 225" adlanan manevrlərdə 2,2 min hərbçi və 500-dən çox hərbi texnika iştirak edir.

BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Təlimlərdə Finlandiya ilə yanaşı Polşa hərbçiləri də yer alır. Manevrlərin məqsədi erkən qış şəraitində artilleriyanın imkanlarını sınaqdan keçirmək və idarəetmə səviyyələri arasında koordinasiyanı təkmilləşdirməkdir.

Təlimlər 25 noyabra qədər Laplandiyada yerləşən "Rovayarvi" poliqonunda davam edəcək. Qeyd edək ki, ilk mərhələ 8–16 noyabr tarixlərində keçirilib və təxminən 200 hərbçi iştirak edib.

Oxşar xəbərlər

Son xəbərlər