Rusiyada yumurtanın qiyməti yenidən kəskin bahalaşıb
Rusiyada yumurtanın topdansatış qiymətləri yenidən artıb.
BAKU.WS "Kommersant" qəzetinə istinadən xəbər verir ki, 2026-cı ilin fevral ayının ortalarınadək Moskvada C1 kateqoriyalı yumurtaların topdansatış qiyməti 80 faizdən çox yüksəlib.
Fevralın 15-nə olan məlumata əsasən, yumurtanın topdansatış qiyməti bir ay ərzində 83,3 faiz, illik müqayisədə isə 89,7 faiz artıb. Əsas ərzaq məhsullarından birinin bahalaşması yaxınlaşan Pasxa ilə əlaqələndirilir. Nəticədə fevralın ortalarında Moskvada on ədəd yumurtanın qiyməti 110 rubla (2.43 AZN) çatıb.
Bundan əlavə, ötən il bazarda həddindən artıq istehsal qeydə alındıqdan sonra sahə üzrə şirkətlər toyuq sayını azaltmağa başlayıb. Bu isə məhsul buraxılışının azalmasına səbəb olub.
Oxşar xəbərlər
Meloni ilə Makron arasında GƏRGİNLİK - Liderlər mübahisə ediblər
İtaliyanın Baş naziri Ciorcia Meloni ilə Fransanın Prezidenti Emmanuel Makron arasında diplomatik gərginlik yaranıb. Buna səbəb Fransanın Lion şəhərində ifrat s...