Rusiyada vətəndaşlıq üçün rüsum artırıla bilər – yeni qanun layihəsi təqdim olunub
Rusiya Dövlət Dumasına Rusiya vətəndaşlığının əldə edilməsi ilə bağlı dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni qanun layihəsi təqdim edilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, layihəyə əlavə olunan izahat sənədlərinə əsasən, Rusiya vətəndaşlığına qəbul və ondan çıxış üçün ödənişin 50 min rubla qədər artırılması təklif olunur.
Bundan başqa, sənəddə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də bir sıra rüsumların artırılması nəzərdə tutulur. Belə ki, yaşayış icazəsinin verilməsi və dəyişdirilməsi üçün ödənişin 30 min rubla, şəxsiyyəti təsdiq edən sənədin itirilməsi səbəbindən müvəqqəti yaşama icazəsinin alınması üçün isə 5 min rubla qədər artırılması planlaşdırılır.
Eyni zamanda, keçmiş SSRİ-də doğulmuş şəxslər, eləcə də Rusiyaya köçürülmə üzrə dövlət proqramının iştirakçıları və onların ailə üzvləri üçün vətəndaşlığın pulsuz verilməsi təklif olunur.
Oxşar xəbərlər
Avstriya üç rus diplomatını ölkədən çıxarır
Avstriya hökuməti üç rus diplomatını "persona non grata" elan edərək ölkədən çıxarmaq qərarı verib. Qərarın səbəbi kimi diplomatik nümayəndəlik binasının damınd...