Rusiyada terrora çağırışa görə bloger Markaryana qarşı cinayət işi açıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva prokurorluğu erməniəsilli rusiyalı bloger Arsen Markaryana qarşı terrorizmə çağırış ittihamı ilə cinayət işi qaldıra bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, belə çağırışlar Markaryanın müsahibələrinin birində səslənib.
"Bloger terrorizmin ideologiyası və praktikasının düzgünlüyünə dair qəti mövqe formalaşdıraraq, Rusiya ərazisində və ölkə vətəndaşlarına qarşı dronlardan istifadə edərək terrora çağırışlar edib", - Moskva prokurorluğu bildirib.
Markaryana qarşı terrora açıq çağırışlara görə işin başlanması məsələsinin həlli üçün materiallar istintaq orqanlarına göndərilib.
Rusiyada bu maddəyə görə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...