Rusiyada pedofiliyada şübhəli bilinən şəxsi linç etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Nijni Novqorod vilayətinin sakinləri pedofiliyada şübhəli bilinən şəxsi linç ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Nəşrin məlumatına görə, hər şey yataqxanalardan birində baş verib. Yeniyetmə rəfiqəsinə baş çəkməyə gəlib və daha sonra qonşusu ilə salamlaşmaq istəyib - daha sonra kişi gənci tutub, soyunub və başını yastığa sıxıb... 15 dəqiqədən sonra zərərçəkən xilas ola bilib.
İddialara görə, hücum edən şəxs içki məclisi zamanı başına gələnləri tanışlarından birinə danışıb. Bundan sonra qonşular polisə müraciət etməmək, ədaləti özləri bərpa etmək qərarına gəliblər. Qəzəbli sakinlər şübhəli şəxsi döyüb, mənzilini dağıtmağa cəhd ediblər. İndi onları həbs cəzası gözləyir.
Pedofil olduğu iddia edilən şəxsin 46 yaşlı kişi olduğu müəyyənləşib. Daha əvvəl o, quldurluq və oğurluqda təqsirli bilinib.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...