Rusiyada orta məktəbdə 40 şagird əlbəyaxa davaya çıxdı, 3-ü ağır xəsarət aldı
Ruiyanın Novomoskovsk şəhərindəki orta məktəblərin birində şagirdlər arasında kütləvi dava baş verib.
BAKU.WS xəbər verir ki, miqrant uşaqların iştirak etdiyi kütləvi dava zamanı digər şagirdlər döyülüb.
Üç şagirdə hücum edənlər yuxarı siniflərin şagirdləri olub. Münaqişəni məktəb müəllimləri aralamalı olub.
Məlumata görə, məktəbin doqquzuncu sinif şagirdlərindən ikisi dəhlizdə gəzərkən bir-biriylə zarafatlaşıb. Onların gülüşlərini eşidən kiçik sinif şagirdlərindən biri buna etiraz edib. Bu şagird vəziyyəti aydınlaşdırmaq əvəzinə, dərhal özündən böyük qardaşına və onun dostlarına xəbər verib.
Dərsdən sonra həmin qrup doqquzuncu sinif şagirdlərinin yanına gələrək, onlara təhqiramiz ifadələr işlədiblər. Məktəbin üçüncü mərtəbəsində münaqişə əlbəyaxa davaya çevrilib. Hadisədə təxminən 40 şagirdin iştirak etdiyi bildirilir.
Dava nəticəsində üç doqquzuncu sinif şagirdi ciddi zədələr alıb. Onlardan biri baş beyin silkələnməsi və burun sınığı ilə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. İkinci şagird ilkin olaraq tibbi yardım almaqdan imtina etsə də, evdə halı pisləşib və xəstəxanada baş beyin silkələnməsi diaqnozu qoyulub. Üçüncü şagird daha yüngül zədələr alıb.
Posttravmatik vəziyyətdə olan şagirdlərdən birinin valideyni açıqlayıb ki, məktəbdə bu cür insidentlər əvvəllər də baş verib. 2024-cü ilin yanvar ayında eyni şagirdlər başqa bir uşağı döyüblər və həmin şagird üz sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Lakin həmin hadisə məktəb rəhbərliyi tərəfindən ört-basdır edilib.
Oxşar xəbərlər
Dəməşq "AZADLIQ"ı qeyd edir!
Suriyanın bir çox yerində "Azadlıq Festivalı" keçirilib. BAKU.WS xəbər verir ki, paytaxt Dəməşqdə o nöqtədən minlərlə suriyalının iştirakı ilə keçirilən tədbiri...