Rusiyada miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar bu tarixdən qüvvəyə minəcək
Rusiyada fevralın 5-dən etibarən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minəcək.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Teleqram" hesabında yazıb.
Onun sözlərinə görə, həmin tarixdən miqrasiya qanunvericiliyinin pozulması səbəbindən əcnəbilərə cərimələrin tətbiqinə də başlanılacaq.
V. Volodin ölkəyə giriş-çıxış qaydalarının pozulmas, habelə adları xüsusi nəzarət altında olan əcnəbilərin, eləcə də Rusiya ərazisində qeyri-qanuni yaşayan şəxslərin olduqları yer barədə polisi məlumatlandırmasının vacibliyini də vurğulayıb.
Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.
Xatırladaq ki, Rusiya xeyli azərbaycanlı miqrant var.
Oxşar xəbərlər
Konqoda Ebola sürətlə yayılır: Yoluxanların yarıdan çoxu ölüb
Konqo Demokratik Respublikasında Ebola qızdırmasının yayılması "müstəsna sürətlə" davam edir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" q...