Rusiyada miqrantlarla bağlı daha bir YENİLİK - Bundan sonra qazancları…
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkədə çalışan əcnəbi vətəndaşların gəlirləri barədə məlumatları bundan sonra vergi orqanlarından avtomatik əldə edəcək.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu müddəa hökumətin rəsmi qərarında öz əksini tapıb. Qərara əsasən, məlumatlar şirkətlərin təqdim etdiyi sığorta haqları hesabatları əsasında formalaşdırılacaq.
Yeni mexanizm Rusiyada miqrantların saxta şəkildə işə götürülməsi hallarının qarşısını almağa yönəlib.
Sənəddə Maliyyə Nazirliyi, Federal Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi məsul qurumlar kimi müəyyən edilib. Layihənin icrası üçün son tarix isə bu ilin dekabr ayına qədərdir.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...