Rusiyada məmurlar bu telefonlardan istifadə edir?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada son günlər mobil rabitə və internetdə yaranan fasilələr fonunda bəzi deputatların köhnə model düyməli telefonlardan istifadə etdiyi bildirilir.
BAKU.WS-in məlumatına görə, bu telefonlar sadə texnologiyaya malik olması səbəbindən rabitə problemləri zamanı alternativ vasitə kimi istifadə olunur.
Məsələ ilə bağlı Rusiya Dövlət Dumasının Ailə, atalıq, analıq və uşaqlıq məsələləri üzrə komitə sədrinin müavini, deputatı Vitali Milonov bildirib ki, onun kabinetində ehtiyat olaraq köhnə qatlanan telefonlar saxlanılır. Onun sözlərinə görə, lazım olduqda bu cihazlardan istifadə edərək əlaqədə qala bilir.
Milonov qeyd edib ki, onun kabinetində Ericsson T28 və Ericsson T29 modelləri var və rabitə problemləri yaranarsa bu telefonlardan istifadə edir. O, həmçinin bildirib ki, bəzən Dövlət Dumasında Wi-Fi ilə bağlı çətinliklər olsa da, bu, işləməyə mane olmur.
Qeyd edək ki, son günlər paytaxt Moskva da daxil olmaqla, Rusiyanın bir çox şəhərlərində mobil rabitə və internetdə fasilələr qeydə alınıb. Kremlin isə bildirib ki, rabitənin müvəqqəti məhdudlaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir və operatorlar əvvəlcədən məlumatlandırılır.
Oxşar xəbərlər
Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb
Paris yaxınlığında yuxarı sinif şagirdlərinin və tələbələrin yanacaq qiymətlərinin artmasına və yaşayışın bahalaşmasına qarşı növbəti etirazları başlayıb. BAKU....