Rusiyada işsizlərə verilən pensiyanın məbləği açıqlanıb - 1082 manat
2025-ci ildə işləməyən Rusiya vətəndaşları üçün ədalətli pensiya orta əmək haqqının 40 faizini təşkil etməlidir.
BAKU.WS Gazeta.Ru-ya istinadən xəbər verir ki, bunu Moskva Vilayət Dumasının deputatı, Moskva vilayəti Pensiyaçılar İttifaqının sədri Anatoli Nikitin deyib.
Onun sözlərinə görə, bu vəziyyətdə moskvalılar demək olar ki, 62,5 min rubl (təqribən 1082 manat), Murmansk - 33 min, Krasnodar diyarı isə 30 min pensiyaya arxalana bilər.
Nikitinin vurğulayıb ki, ədalətli pensiya ölçüsü qida, geyim və yaşayış üçün əsas ehtiyacları ödəməyə, habelə mədəni və sosial həyatda iştirak etməyə kifayət edən məbləğ deməkdir. Bundan əlavə, o, Rusiyada əlavə minimum pensiyanın 35 min rubl müəyyən edilməsini istəyib.
Oxşar xəbərlər
Unikal təhsil sistemi, ödənişsiz çimərliklər: Kanar adalarının fərqli xüsusiyyətləri
Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışında Atlantik okeanında yerləşən, Lanzarot mağaraları, Fuertoventura çimərliyi ilə məşhur olan Kanar...