Rusiyada fiqurlu konkisürən qızın atası hakimi döyüb

Rusiyada fiqurlu konkisürən qızın atası hakimi döyüb
Dünya 59

Rusiyada fiqurlu konkisürmə üzrə hakim və məşqçi Mixail Slobodçikov azyaşlı idmançının atası Adonis Miroyev tərəfindən hücuma məruz qalıb.

BAKU.WS "E1.ru" saytına istinadən xəbər verir ki, buna səbəb onun qızının yerli yarışlarda mükafatçılar sırasına düşməməsi olub.

"Yarışlar başa çatdı və ona elə gəldi ki, qızına aşağı bal verilib. İddialar isə məhz Pervouralskdan olan məşqçi Mixail Slobodçikova qarşı idi. Mən Mixaillə danışanda təcili yardım onu xəstəxanaya aparırdı", – deyə Sverdlovsk vilayətinin fiqurlu konkisürmə federasiyasının prezidenti Vladislav Utkin bildirib. 

Federasiya rəsmisinin sözlərinə görə, Miroyev bundan əvvəl də hakimlərlə mübahisə edib, lakin indiyə qədər məsələ davaya çevrilməmişdi. Bildirilir ki, Miroyevlərin ailəsində üç qız fiqurlu konkisürmə ilə məşğuldur və insidentlər onların yerli yarışlarda çıxış etməyə başlamasından sonra baş verir.

Son xəbərlər